Brightpack-ın yüksək performanslı avadanlıqları kompakt strukturları ilə bir çox fərqli məhsul qruplarına cavab verən və fərqli modellərlə müştəriyə xüsusi həllər təqdim edən Türkiyə istehsalı tam avtomatik termoform qablaşdırma sistemləri, habelə, tamamlayıcı həll təklif edən cihazlardır.
Brightpack-ın Azərbaycandakı eksklüziv distribütoru olan biz – FEMS COMPANY MMC şirkətə məxsus avadanlıqların ölkəmizdəki rəsmi satışını və servis xidmətini həyata keçiririk.
TAM AVTOMATİK HƏLLƏR
BRT seriyası
Brightpack-ın kompakt quruluşları ilə birlikdə yüksək performanslı BRT seriyası maşınları, bir çox fərqli məhsul qrupuna cavab verə bilən və öz aralarında fərqli modelləri ilə müştəriyə xüsusi həllər təqdim edən tam avtomatik termoform paketləmə həlləridir.
BRT-S
BRT-S tam avtomatik vakuumlu termoform paketləmə avadanlığıdır. Modulyar quruluşu ilə birlikdə olduqca çevik həllər təklif edən BRT-S modelimiz kiçik və orta ölçülü müəssisələr üçün istehsal edilmişdir. Maksimum səmərəli və qənaətcil olması S modelimizin ən əsas xüsusiyyətlərindəndir.
İstifadə sahələri:
Ağ pendir, kaşar pendiri, regional pendir növləri, zeytun, tibbi məhsullar, xurma, quru meyvələr və s.
BRT-M
BRT-M tam avtomatik vakuumlu termoform paketləmə avadanlığıdır. Müştəri tələblərinə ən çox cavab verən çoxfunksiyalı bir maşın olan M modelinə xaricdən etiket, inkjet, tərəzi kimi müxtəlif avtomatlaşdırma sistemləri inteqrasiya edilə bilər.
İstifadə sahələri:
Südlü şirniyyatlar, pendir və pendir növləri, salam, sosis, kolbasa, çörək və un məmulatları.
BRT-L
Tam avtomatik vakuumlu termoform paketləmə avadanlığı olan BRT-L iri tutumlu müəssisələr üçün problemsiz paketləmə həlləri təklif edir. Həm sərt, həm də yumşaq falqa ilə işləməyə uyğun şəkildə dizayn edilmiş L seriyası maksimum səmərəlilik və qənaət tərəfdarıdır.
İstifadə sahələri:
Süd və süd məhsulları, ət və ət məhsulları, dəniz məhsulları, tibbi məhsullar.
BRT-XL
BRT-XL tam avtomatik vakuumlu termoform paketləmə avadanlığıdır. Seriyanın ən yüksək tutumlu maşını olan XL modeli maksimum çeviklik nümayiş etdirərək ən çətin müştəri tələblərinə belə cavab verə bilən avadanlıqları ilə mükəmməl iş keyfiyyəti təqdim edir.
İstifadə sahələri:
Yoqurt, şokolad, biskivit, xüsusi souslar, salat, ət məhsulları.
BRP seriyası
BRP-06
Tam avtomatik termoform paketləmə avadanlığı olan BRP-06 BRP seriyasının başlanğıc modelidir və modul quruluşu ilə çevik həllər təqdim edir. Avadanlıq kiçik və orta müəssisələrin termoform doldurma maşınına keçidini asanlaşdırmağı hədəfləyir.
İstifadə sahələri:
Stəkan su, meyvə şirəsi, bal, mürəbbə, kərə yağı, ketçup, mayonez, şokolad, xüsusi souslar, krem pendir.
BRP-10
BRP-10 tam avtomatik termoform paketləmə avadanlığıdır. Orta və yüksək tutumlu müəssisələrin müxtəlif ehtiyaclarını qarşılaya bilən bu model doldurma və qablaşdırma baxımından yüksək istehsal gücünə malikdir və xüsusi robotik sistemlərlə inteqrasiya edilərək kompleks istehsal xəttinə çevrilə biləcək həllər təqdim edir.
İstifadə sahələri:
Stəkan su, meyvə şirəsi, bal, mürəbbə, kərə yağı, ketçup, mayonez, şokolad, xüsusi souslar, krem pendir.
BRP-L
BRP-L tam avtomatik termoform paketləmə avadanlığıdır. Qurğu müxtəlif ehtiyacları qarşılayacaq xüsusiyyətlərə malikdir və bütün paketləmə proseslərini tam avtomatik həyata keçirərək məhsulların istifadə müddətini artıran kompleks qablaşdırma xəttidir.
İstifadə sahələri:
Bal, mürəbbə, kərə yağı, ketçup, mayonez, şokolad, xüsusi souslar, krem pendir.
YARI AVTOMATİK PAKETLƏMƏ HƏLLƏRİ
BP seriyası
BP-250
Son texnologiya ilə istehsal olunan BP-250 PNC ekranlı tam avtomatik dilimləmə avadanlığıdır. 1 mm-dən 40 mm-ə qədər olan ət və süd məhsullarının dilimlənməsini təmin edir. Tənzimlənə bilən dilim sayı sayəsində 1-dən 80-ə qədər dilimləmə imkanı təqdim edir və dəqiqədə 250 dilim kəsə bilir. Cihaz asan təmizlənəndir və sənaye istifadəsi üçün uyğun dizayna malikdir.
İstifadə sahələri:
Ət və ət məhsulları, süd məhsulları
BP-360
Eski kaşar pendirinin kəsimi üçün istifadə edilən BP-360 35 sm-ə qədər diametri olan eski kaşarı istənilən boy və ölçülərdə tullantısız şəkildə kəsə bilir. Avadanlığın bütün hissələri paslanmayan poladdan hazırlanmışdır. Qida tələblərinə uyğun olan bu maşının tutumu kəsim ölçülərinə və qidalanma sürətinə görə dəyişir.
BP-460
BP-460 masaüstü vakuumlu paketləmə avadanlığıdır. Bu model qida məhsullarınızın qidalanma dəyərini, gigiyenasını və ilk günkü təravətini qoruyaraq istehlakçılara təqdim edilməsini təmin edir və bununla yanaşı, onların istifadə müddətini də uzatmış olur.
İstifadə sahələri:
Quru qidalar, təzə qırmızı ət və ət məhsulları, süd məhsulları, quru meyvə, dəniz məhsulları
BP-700
BP-700 vakuum avadanlığı şaquli işləyən tək kameralı sistemə malikdir və xam və ya emal olunmuş fındıq, Antep fıstığı, qoz, günəbaxan tumu və digər quru meyvə məhsullarını 1 kq-dan 25 kq-a qədər qoruyucu qazla vakuumlaya bilir. Bu model quru meyvə, dərman, gübrə, süd məhsulları və digər müxtəlif sahələrdə də istifadə oluna bilər.
İstifadə sahələri:
Quru meyvə məmulatları
BPK-700
Yarı avtomatik vakuumlu paketləmə avadanlığı olan BPK-700 maksimum dayanıqlılıq üçün bütünlüklə 304 paslanmaz poladdan hazırlanmışdır. Qurğu yüksək performanslı 105 m/h vakuum pompasına, məhsula görə yüksəkliyi tənzimlənə bilən keyfiyyətli bəslənmə plitələrinə, asan təmizlənə bilən gigiyenik dizayna, sadə və istifadəsi rahat idarəetmə panelinə malikdir.
İstifadə sahələri:
Qurudulmuş qidalar, təzə qırmızı ət və ət məhsulları, süd məhsulları, quru meyvə, dəniz məhsulları
BP-750
Yarı avtomatik vakuumlu paketləmə avadanlığı olan BP-750 modeli qurudulmuş qidalar (pomidor, tərəvəzlər, ərik, əncir), təzə qırmızı ət və ət məhsulları (sucuk, salam, sosis, basdırma, qovurma), süd məhsulları (ağ pendir, kaşar pendir, lor, kərə yağı), quru meyvələr (fındıq, fıstıq, qoz və s.) və dəniz məhsullarının (kerevit, balıq, kalmar, karides) qablaşdırılması üçün nəzərdə tutulmuşdur.
İstifadə sahələri:
Qurudulmuş qidalar, təzə qırmızı ət və ət məhsulları, süd məhsulları, quru meyvə, dəniz məhsulları
TAMAMLAYICI HƏLLƏR
METAL DETEKTOR
- Sadə işləmə prinsipi;
- Xüsusi istehsal olunmuş və ya standart ölçülü detektorlar;
- “Heç vaxt köhnəlməz” zəmanəti (detektorlar daim yenilənə bilər) ;
- Modul dizayn – daha az komponent tərkibi;
- Yüksək etibarlılıq;
- Müstəsna performans;
- Çörək məmulatları, ət, toyuq, hazır yeməklər, qənnadı məhsulları, təzə qidalar və toz-qranul məhsullarda istifadə imkanı;
- Avtomatik kalibrləmə;
- Özünü testetmə funksiyası;
- Sistemin saniyələr içində qurulması;
- Ultra həssas aşkarlama;
- Ətraflı məlumat toplama;
- X-ray seçimi.
ÇƏKİYƏ NƏZARƏT AVADANLIĞI
- Model: BRP-200*400 mm
- Çəki aralığı: 0 - 600 qr
- Dəqiqlik: 0,5 qr
- Kəmər eni: 0 - 400 mm
- Kəmər uzunluğu: 0 - 400 mm
- Səmərəlilik: 180 ədəd/dəqiqə
- Səhv məhsulu ayırma vahidi: Hava/Pusher seçimləri/hərəkətli konveyer
- Çoxdilli istifadə: Türk, İngilis, Alman, Ərəb, Rus dilləri
- İstehsal itkisinin minimuma endirilməsi
- Baxım tələb etməyən fırçasız DC mühərriklər
- 10,4 düymlük ekran
- VNC vasitəsilə kompüter və telefon bağlantısı
- Asan kalibrləmə
EKO MODEL NƏZARƏT TƏRƏZİSİ
- Model: BRP-200*400 mm
- Çəki aralığı: 0 - 600 qr
- Dəqiqlik: 1 qr
- Kəmər eni: 0 - 400 mm
- Kəmər uzunluğu: 0 - 400 mm
- Səmərəlilik: 100 ədəd/dəqiqə
- Səhv məhsulu ayırma vahidi: Hava/Pusher seçimləri/hərəkətli konveyer
- Çoxdilli istifadə: Türk, İngilis, Alman, Ərəb, Rus dilləri
- İstehsal itkisinin minimuma endirilməsi
- Baxım tələb etməyən induksiya mühərrikləri
- 10,4 düymlük ekran
- VNC vasitəsilə kompüter və telefon bağlantısı
- Asan kalibrləmə
NƏZARƏT TƏRƏZİSİ VƏ ETİKETLƏMƏ CİHAZI
- Checkweigher cihazı davamlı olaraq etiketləmə qrupu ilə əlaqə saxlayır;
- Hər məhsulun üzərinə istehsal və son istifadə tarixi, partiya nömrəsi, kilo qiyməti, ümumi qiymət, 1D (xətli barkod), 2D (kvadrat barkod) yazıla bilər;
- Dəqiqədə 100 ədəd məhsul üçün etiket çap edir;
- Sistem ayrıca istifadə oluna bilər;
- Statik və dinamik çəkilmə mövcuddur;
- Külək qapağı var;
- Asan kalibrləmə;
- Ethernet və USB əlaqəsi mümkündür;
- Uzaqdan giriş mövcuddur;
- Qida uyğunluq sertifikatı olan konveyer kəməri.


